Ölkəmizin idman tarixində ilk dəfə olaraq, Qolf üzrə Milli Turniri uğurla başa vurmuş Azərbaycan Qolf Federasiyası qarşıda qolf üzrə yeni-yeni yarışlara ev sahibliyi etməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, Azərbaycan Qolf Federasiyası və Beynəlxalq “European Tour” arasında imzalanmış sazişə əsasən, 31 iyul – 3 avqust tarixlərində 18 dəlikli, dünya standartlarına cavab verən Quba Milli Qolf Klubunda dünya çərçivəsində çox mötəbər bir qolf yarışı statusunu qazanmış “Challenge Tour” yarışması baş tutacaq.
Oxucuları həmin tədbirə qonaq olmağa dəvət edirik.
Xatırladaq ki, iyunun 6,7 və 8-də ölkəmizin idman həyatı üçün önəmli hadisə baş verdi. Qubada Milli Qolf Klubunda Ümummilli lider Heydər Əliyevin adını daşıyan qolf üzrə həvəskarların milli turniri keçirildi.
Sizi həmin tədbirdə çəkilən fotoşəkillərə baxmağa dəvət edirik!