“Miss Universe” gözəllik müsabiqəsinin prezidenti Paula M.Şuqart və “Miss Universe 2013”ün qalibi Qabriela İslerin Bakı səfəri barəsində məlumat vermişdik.
Oxu.Az-ın nargismagazine.az-a istinadən məlumatına görə, Q.İsler Heydər Əliyev Mərkəzində, İçərişəhərdə, “Sea Breeze”də olub. Səfər zamanı onlar növbəti “Miss Universe” gözəllik müsabiqəsinin Azərbaycanda keçirilməsi ilə bağlı danışıqlar aparıblar.
Qeyd edək ki, adıçəkilən müsabiqə 2013-cü ildə müğənni-bəstəkar Eminin təşkilatçılığı ilə Moskvada “Crocus City Hall”da keçirilib.