Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Cəbrayılda tank əleyhinə mina PARTLADI: Xəsarət alan var
Goranboy sakini Cəbrayılda minaya düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin birgə məlumatında bildirilib.
Qeyd edilir ki, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Horovlu kəndi ərazisində mina hadisəsi baş verib.
Kənd təsərrüfatı sahəsində çalışan 1991-ci il təvəllüdlü Goranboy rayon sakini Raqib Səxavət oğlu Nuruyevin idarə etdiyi MAN yük avtomobili minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarət alıb.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Abşeronda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs TUTULDU
- Levon Mnatsakanyan: "Aprel döyüşləri zamanı 18 döyüş mövqeyi "itirdik"
- Vətəndaşın əmək hüquqlarını pozan daha bir şirkət cərimələnib
- Məşhur plastik cərrahdan şikayət: "Məni üç dəfə əməliyyat edib pis vəziyyətə qoydu"
- Baş prokurorun müavini Heydər Məmmədov beynəlxalq konfransda iştirak edib