Goranboyda 24 yaşlı qadının tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alması ilə bağlı yeni təfərrüat məlum olub.
Oxu.Az xəbər verir ki, rayonun Dəyirmanlar kəndində baş verən hadisə zamanı tir tüfəngi ilə atəş açan şəxs qadının həyat yoldaşı olub. Ailənin əkiz övladları xəstə olduğu üçün onlara sərçə ətinin verildiyi bildirilib. Ata övladları üçün yaşadıqları evin həyətində sərçə ovlayan zaman tirdən açılan atəş ehtiyatsızlıqdan həyat yoldaşına dəyib.
Xəsarət alan Nəzrin Xudaverdiyeva Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb və Cərrahiyyə şöbəsinə yerləşdirilərək dərhal əməliyyata alınıb. Vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
Goranboyda qadının tüfənglə vurulmasının bəzi detalları məlum olub.
Oxu.Az xəbər verir ki, rayonun Dəyirmanlar kəndində 2001-ci il təvəllüdlü N.Xudaverdiyevaya tir tüfəngi ilə ehtiyatsızlıqdan atəş açaraq xəsarət yetirən şəxsin onu həyat yoldaşı olması müəyyən edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Goranboy rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Dəyirmanlar kəndində baş verib.
2001-ci il təvəllüdlü Nəzrin Xudaverdiyeva qarnın küt travması diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.
İlkin məlumata görə, hadisənin başvermə səbəbi ehtiyatsızlıqdır. Belə ki, onun qayınanası - 1968-ci il təvəllüdlü Gülxanım Xudaverdiyevanın əlində olan tirdən açılan atəş nəticəsində güllə dəmiri deşərək gənc qadına dəyib.
Faktla bağlı araşdırma aparılır.