Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Natali Muravidze: "AZIR indeksinin yenilənməsi ölkənin maliyyə bazarları üçün dönüş nöqtəsidir"
Azərbaycan Mərkəzi Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) texniki dəstəyi ilə Azərbaycan banklararası faiz dərəcəsi (AZIR) indeksinin hesablanması və dərc olunması metodologiyasını yeniləyib.
Oxu.Az xəbər verir ki, yeni yanaşma 30, 90 və 180 günlük toplanan faiz dərəcələrini və AZIR toplanan faiz indeksini əhatə edir.
Bu dəyişikliklər:
- Bazara etibarlı istinad faiz dərəcəsi təqdim edir;
- Manatla ifadə olunan maliyyə alətlərinin inkişafına şərait yaradır;
- Pul siyasətinin ötürülmə effektivliyini artırır;
- Banklararası bazarın aktivliyini gücləndirir.
AYİB-in Azərbaycandakı rəhbəri Natali Muravidze bu yeniliyi ölkənin maliyyə bazarlarının inkişafında mühüm mərhələ və dönüş nöqtəsi kimi qiymətləndirib.
"Azərbaycan Mərkəzi Bankı (AMB)" teqi üzrə xəbərlər
- Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsini azalda biləcəyini açıqlayıb
- Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ
- Mərkəzi Bank iki investisiya şirkətinə icrası məcburi göstəriş verib
- Azərbaycanda nağd ödəniş azalır, kartlar çoxalır
- Adınıza kredit götürürlər, bank necə məsuliyyət daşımır?