Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan Kubokunun qalibinə YENİ hazırlanmış kubok və medallar təqdim olunacaq
May ayının 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan Kubokunun final oyunundan sonra eyni dizaynda, lakin müasir formada hazırlanmış yeni kubok və medallar qalibə, eyni zamanda finalçılara təqdim olunacaq.
Bunu Oxu.Az-a açıqlamasında Peşəkar Futbol Liqasının mətbuat katibi Sənan Abdullayev bildirib.
O qeyd edib ki, Azərbaycan Kubokunun final oyununda püşkatmanın nəticəsinə əsasən, nominal meydan sahibi "Qarabağ" klubu olacaq:
"Adından göründüyü kimi meydan sahibi nominal olduğundan final matçında iştirak edəcək hər iki komandaya bərabər şərait yaradılacaq. Həlledici qarşılaşma üçün 7 500 bilet satışa çıxarılıb. Hər bir klub üçün 1500 bilet olmaqla, ümumilikdə 3 000 bilet nəzərdə tutulub. Əsas izləyici tutumuna malik yerlər üçün satışa çıxarılacaq biletlərin qiyməti üç və beş manatdan başlayır. Bununla belə, qiymətlər sektorlara uyğun olaraq dəyişir. Belə ki, 10, 15, 20, 30 və 50 manatlıq biletlər də satışda olacaq".
"Oyun öncəsi komandaların məşqləri və mətbuat konfranslarının vaxtı barədə yaxın günlərdə detallı məlumat veriləcək. Final qarşılaşmasından əvvəl stadionda 18:00-dan etibarən müxtəlif tədbirlərin və konsert proqramının keçirilməsi planlaşdırılır. Final oyunundan sonra eyni dizaynda, lakin müasir formada hazırlanmış yeni kubok və medallar qalibə, eyni zamanda finalçılara təqdim olunacaq. Azərbaycan Kubokunun final matçı mayın 31-də saat 19:00-da start götürəcək", - deyə S.Abdullayev bildirib.
Futbol üzrə Azərbaycan Kubokunda final oyununun biletləri satışa çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətindən məlumat verilib.
31 may saat 19:00-da başlayacaq "Qarabağ" - "Sabah" qarşılaşmasının biletlərini bu gündən etibarən iticket.az saytından, eləcə də Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayı, Köşk №1 (M.Rəsulzadə 3., Bakı), Köşk №2 (Bülbül pr. Nizami küç, Bakı), 1 saylı "ASAN xidmət", 2 saylı "ASAN xidmət", 3 saylı "ASAN xidmət", 4 saylı "ASAN xidmət" və 1 saylı Sumqayıt "ASAN xidmət" mərkəzlərindən əldə etmək mümkün olacaq.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassalarında isə bilet satışı oyun günü həyata keçiriləcək. Biletlərin qiymətləri yerlərdən asılı olaraq 3, 5, 10, 15, 20, 30 və 50 ("VIP Lounge") manatdır.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycanda tibb işçilərinin peşə bayramıdır
- Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən Zəfərə aparan tarix - Milli Qurtuluş Günü
- Cahangir Məmmədli: "15 İyun xalqımızın xilası, söz və fikir azadlığı yolunda başlanğıc oldu"
- Xalqın birliyinin rəmzi - Milli Qurtuluş Günü: Deputat tarixi faktları AÇIQLADI
- Hikmət Babaoğlu: "Bugünkü qalib Azərbaycan qurtuluşdan doğan dövlətin varisidir"