Göyçay rayonunda intihar hadisəsi olub
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Mırtı kəndində qeydə alınıb.
Kənd sakini, 1994-cü il təvəllüdlü Mehdi Habil oğlu Abdulov həşərat dərmanı içərək özünü öldürüb.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.