Göyçayda yaşlı kişi faciəli şəkildə vəfat edib.
Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə rayonun Şəhadət kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 82 yaşlı Səməndər Məmmədovu həyətyanı sahəsində qoç vurub.
Ağır vəziyyətdə Göyçay Rayon Xəstəxanasına çatdırılan kişi orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət