"Azərbaycanda 38 qeyri-islam dini icması fəaliyyət göstərirdi, bu kilsə onların sırasına 39-cu olaraq qoşulub".
Oxu.Az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dövlət qeydiyyatına alınan bütün dini icmalar kimi, bu kilsənin də fəaliyyətinə hüquqi çərçivədə dəstək veriləcək:
"Bu dini icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən sonuncu qeyri-islam dini icmadır. Kilsə 2024-cü ilin iyul ayında dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyətə başlayıb. Açılış mərasimi ölkədə vicdan azadlığının bariz nümunəsi kimi qiymətləndirilib.
İsa Məsihin Son Gün Müqəddəsləri Kilsəsinin ölkəmizdə rəsmi qeydiyyata alınaraq sərbəst fəaliyyət göstərməsi Azərbaycanda dini müxtəlifliyə, tolerantlığa və multikultural dəyərlərə verilən önəmin göstəricisidir".
Samir Əli