Dünən Hacıqabulda bir nəfərin ölümü, üç nəfərin yaralanmasına səbəb olan qəzanın baş vermə anının görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, 16:30 radələrində baş verən qəza zamanı "Mercedes" markalı 99-KN-769 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirib və maşın əks yola çıxıb, daha sonra isə yol kənarındakı dərəyə aşıb.
Hadisə nəticəsində sürücü, Ağdam rayon sakini 1969-cu il təvəllüdlü Allahverdiyev Aydın Elman oğlu, onun övladları 2007-ci il təvəllüdlü Elvira və 1999-cu il təvəllüdlü Xəyal xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər. Sürücünün həyat yoldaşı 1978-ci il təvəllüdlü Allahverdiyeva Ruhiyyə İlyas qızı isə qəza zamanı ölüb.
Samir İsayev