Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hansı hallarda dərmanlar icbari tibbi sığorta tərəfindən təmin edilir? - AÇIQLAMA
“Vətəndaş qeydiyyat ünvanından asılı olmayaraq 1 il müddətinə icbari tibbi sığortanın xidmətlər zərfindən yararlana bilər”.
Oxu.Az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova deyib.
Onun sözlərinə görə, xəstəxanada yatış zamanı gündəlik qida və dərman xərcləri xidmətlər zərfinə daxildir:
“Hər hansı əməliyyat və ya müalicə prosesi ilə əlaqədar olaraq xəstəxanada yatırsınızsa, bütün xərclər – əməliyyat, qida, dərman, tibbi sərflər xidmətlər zərfi vasitəsi ilə qarşılanır. Xəstəxanada yatış müddəti isə xəstəlikdən asılı olaraq müəyyən edilir”.
A.Əhmədova həmçinin ambulator və stasionar şəraitdə müalicələr zamanı dərman təminatı ilə bağlı məsələyə də aydınlıq gətirib:
“Müalicə zamanı dərman təminatı yalnız ambulator şəraitdə həyata keçirilən tibbi xidmətlər üçün nəzərdə tutulub. Ambulator şəraitdə göstərilən anesteziya və dərman sərfiyyatı xidmətlər zərfinə daxildir. Lakin resept əsasında yazılan dərmanların heç biri icbari tibbi sığortanın xidmətlər zərfinə aid deyil. Stasionar müalicə üsulunda isə bütün xərclər icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir”.
Könül Cəfərli
"tibbi sığorta" teqi üzrə xəbərlər
- Bölgələrin özəl klinikalarında icbari tibbi sığorta niyə tətbiq edilmir?
- Aztəminatlı ailələr, imkanı olmayan şəxslərin NƏZƏRİNƏ: Yeni qanunla dərmanları pulsuz alacaqsınız
- Vətəndaşla qurumlar arasında bölünən tibbi xidmət - Müştərək maliyyələşmənin tətbiqi nəyi DƏYİŞƏCƏK?
- "Pul yoxdursa, meyit də yoxdur" - Xaricdə sığorta problemi ilə üzləşməmək üçün nə etməli?
- Tibbi kitabçası olmayan pasiyent Abşeron xəstəxanasına buraxılmır? - AÇIQLAMA
Rəylər