Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hava daşımalarının həyata keçirilməsi qaydaları təsdiqlənib
Kommersiya hava daşımalarının, sərnişin, baqaj, yük və poçt göndərişlərinin hava daşımalarının həyata keçirilməsi qaydaları təsdiq edilib.
Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Bu qaydalar daşınma müqaviləsi və kommersiya sazişləri əsasında müəyyən haqq müqabilində sərnişinlərin, eləcə də sərnişin tərəfindən hava gəmisinin bortunda daşınan baqajın (o cümlədən əl yükünün, habelə yük və poçt göndərişlərinin) hava nəqliyyatı vasitəsilə daşınması ilə bağlı müddəaları özündə ehtiva edir.
Bu qaydalar sərnişinin, baqaj, yük və poçt göndərişlərinin müntəzəm və qeyri-müntəzəm (çarter) uçuşlar əsasında daxili və beynəlxalq hava daşımalarına tətbiq olunur.
Hava əlaqəsinə dair beynəlxalq müqaviləyə uyğun olaraq, Azərbaycan Respublikasında qeydiyyata alınmış daşıyıcılar tərəfindən kommersiya sazişləri bağlanıldığı halda bu barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə məlumat verilməlidir.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Bəzi dövlət qulluqçularına aylıq kompensasiya ÖDƏNİLƏCƏK - MƏBLƏĞ
- Mülki təyyarələrin uçuşa yararlılığı üzrə sertifikatlaşdırılma qaydası təsdiqlənib
- Azərbaycanda uçuş və kabinə heyətinə təlim keçənlərlə bağlı qayda təsdiq edilib
- Azərbaycanın sərhədyanı ərazilərində telekommunikasiya qurğularının tikintisi qaydası dəyişib
- Nazirlər Kabineti hava hərəkəti xidmətləri ilə bağlı qərar qəbul edib