Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Kişilər arasında şahmat üzrə qitə çempionatının mükafat fondu AÇIQLANDI
Avropa Şahmat İttifaqı kişilər arasında qitə çempionatının mükafat fondunu açıqlayıb. Ümumi məbləğ 100 min avro təşkil edəcək ki, bunun da 20 mini qalibin payına düşəcək.
Oxu.Az xəbər verir ki, qalib gələn şahmatçı 20 min, gümüş mükafatçı 15 min, bürünc medalçı isə 10 min avroluq çek alacaq.
Ümumilikdə ilk 23 yeri tutacaq şahmatçılar mükafatlandırılacaq. Məsələn, 19-23-cü yerlər arasında qərarlaşacaq iştirakçılar hərəyə 1000 avro qazanacaqlar.
Avropa çempionatında Azərbaycan şahmatçılarından Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Əhməd Əhmədzadə, Read Səmədov, Vüqar Manafov, Şiroğlan Talıbov, Xaqan Əhməd, Elmar Atakişiyev, Şahin Vəliyev, Süleyman Süleymanlı və Ümid Aslanov çıxış edəcəklər.
Qeyd edək ki, Avropa çempionatı martın 16-26-da Rumıniyada keçiriləcək və Dünya kuboku üçün seçmə xarakteri daşıyacaq.
"Beynəlxalq Şahmat Federasiyası (FIDE)" teqi üzrə xəbərlər
- FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM
- Maqnus Karlsen Beynəlxalq Şahmat Federasiyasının prezidentinin istefasını tələb edib
- 14 yaşlı rusiyalı şahmatçı dünya reytinqində birinci olan norveçlini məğlub edib
- Latviyalı qrosmeyster 12 il müddətinə diskvalifikasiya edildi
- FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib