Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Peskov ABŞ ilə faydalı qazıntılar üzrə əməkdaşlığın şərtlərini açıqladı
Rusiya ilə ABŞ arasında faydalı qazıntılar üzrə əməkdaşlıq yalnız münasibətlərin normallaşmasından və Ukraynadakı müharibənin nizamlanmasından sonra başlaya bilər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında bildirib.
"Dövlət başçılarının dialoqu bərpa etmək üçün siyasi iradəsi ortaya çıxdı. Bu, ilk növbədə Ukrayna böhranının həlli məsələsidir. Növbəti gündəm böhranın çözümüdür. Yalnız bundan sonra ticari-iqtisadi layihələrə baxıla bilər. Amerikalıların nadir torpaq metallarına ehtiyacı var. Bizdə onlardan çoxdur. Geniş perspektivlər açılır. Siyasi iradəni göstərməyin vaxtı gələndə, biz buna açıq olacağıq", - deyə Peskov vurğulayıb.
"Dmitri Peskov" teqi üzrə xəbərlər
- Dmitri Peskovdan ABŞ ilə bağlı mühüm açıqlama
- Rusiya Ukrayna ilə "enerji atəşkəsindən" çıxa bilər
- Peskov Rusiya və ABŞ arasında danışıqların yeni mərhələsinə hazırlıqdan danışıb
- Kreml Zelenskinin itirilmiş ərazilər haqqında bəyanatını şərh etdi
- Rusiya Ukraynadakı münaqişənin həllini 2026-cı ilə qədər rədd edir? - Peskovdan AÇIQLAMA