Sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Oxu.Az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya açıqlamasında bildirdiyinə görə, şimal küləyi güclənəcək.
Havanın temperaturunun gecə 19-24, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə sentyabrın 10-da əsasən yağmursuz hava proqnozlaşdırılır.
Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı rayonlarda arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.