Xırdalanda dünən partlayış baş vermiş binanın bir hissəsi boşaldılır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə partlayış baş vermiş blokdakı 4 ailənin, həmin bloka bitişik olan bloklardan isə 5 ailənin əşyaları mənzillərindən çıxarılıb.
Binanın partlayış baş vermiş bloku isə artıq sökülüb.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov bildirib ki, partlayış baş verən blokdan və ətrafındakı bloklardan ümumilikdə 9 ailə Abşeron rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə evlə təmin olunub.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin