Azərbaycana gömrük nəzarətinə bəyan edilmədən xeyli sayda mobil telefonun gizli keçirilməsi cəhdinin qarşısını alıb.
Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Şarcə-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçən zaman saxlanılıb və yoxlama aparılıb.
Yoxlama zamanı sərnişindən altı ədəd “iPhone X 64 GB” markalı mobil telefonlar aşkarlanıb.
Sorğu-sual zamanı sərnişin telefonların ona məxsus olmadığını və Şarcə Hava Limanında olarkən Azərbaycana gətirilməsi üçün verildiyini bildirib.
Şübhə yarandığından Şarcə-Bakı aviareysi ilə gələn digər sərnişinlərin də əl yüklərinə yoxlama keçirilib və bu zaman 11 nəfər Azərbaycan vətəndaşından 25 ədəd, ümumilikdə 31 ədəd “iPhone X 64 GB” markalı mobil telefonlar aşkarlanıb.
Adları çəkilən vətəndaşlar mobil telefonların onlara məxsus olmadığını bildirib və telefonlardan imtina ediblər.
Araşdırma nəticəsində məlum olub ki, İsayev Əhməd Mülkəsahib oğlu 31 ədəd “iPhone X 64 GB” markalı mobil telefonları gömrük nəzarətinə əvvəlcədən şifahi, yazılı və ya elektron formada bəyan etmədən güzəştli qaydada keçirmək məqsədilə onunla birlikdə Şarcə-Bakı aviareysi ilə gələn sərnişinlərə paylayıb.
Faktla bağlı araşdırma aparılır.