Şamaxı sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən min manat pulun və 200 manat dəyərində mobil telefonunun oğurlandığını bildirib.
Oxu.Az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ucar rayon sakini, 55 yaşlı İlyas Səlimov saxlanılıb.
Dindirilmə zamanı İ.Səlimov törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
Rəşad Aydın