Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatı üçün 14 milyon 245 min manat ayrılıb.
Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.