Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ADY: "Sərnişin qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur"
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sərnişin qatarlarının hərəkət cədvəlində heç bir dəyişiklik yoxdur.
Oxu.Az bu barədə səhmdar cəmiyyətinə istinadən məlumat verir.
Bununla belə, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər.
Həmçinin axşam saatlarında Bakı-Xırdalan-Sumqayıt istiqamətində saat 20:20-dək, Bakı-Pırşağı-Sumqayıt istiqamətində isə saat 23:00-dək bütün reyslər cədvələ uyğun şəkildə həyata keçiriləcək.
"Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmir yolu keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən isə stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edirik", - deyə ADY-nin açıqlamasında bildirilib.
Hazırda qatarların qrafik üzrə fəaliyyəti bərpa olunub.
Bu barədə Oxu.Az "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Bildirilib ki, bütün ərazilərə nəzarət edilir, hər hansı hadisə baş verdikdə operativ reaksiya verilir.
Məlumata görə, ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
Qurum bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edir.
ADY-dən həmçinin bildirilib ki, axşam saatlarında qatarların qrafikində hər hansı dəyişiklik yoxdur.
"Güclü külək və leysan səbəbindən bəzi sahələrdə su yığılması, elektrik enerjisinin kəsintisi qeydə alındığı üçün Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Balakən-Bakı marşrutları üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr müşahidə olunur".
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) QSC məlumat yayıb.
"ADY ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən bütün hallara qarşı öncədən hazırlıqlar görülüb və operativ reaksiya verilir.
Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik", - deyə məlumatda bildirilib.

