Oktyabrın 5-də və 6-da havanın temperaturu digər günlərlə müqayisədə 5-8 dərəcə aşağı düşəcək.
Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyininin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, sabahdan Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsməyə başlayacaq:
“Gün ərzində şiddətli olacaq. Havanın temperaturunun anomal gedişdə olması gözlənilir. Oktyabrın 5-də səhər saatlarında havanın temperaturunun 20-22 dərəcə, günorta saatlarında 15-18 dərəcə, axşam saatlarında isə 12-14 dərəcə olacağı gözlənilir. Belə hava şəraitində atmosfer təzyiqi kəskin yüksələcək”.
Umayra Tağyeva bildirib ki, ölkə ərazisində əsən küləyin sürəti barədə qurumlara xəbərdarlıq edilib:
“Biz müvafiq qurumlara, təşkilatlara xüsusi xəbərdarlıq göndərmişik. Bu prosesdə küləyin maksimal sürətinin 20-25, arabir isə 30-33 metrə çatmasıdır ki, bu barədə məlumat verilib”.
İlhamə Əbülfət
www.oxu.az