Azərbaycanda həftənin ilk iş gününün hava proqnozu açıqlandı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar günü Oxu.Az-a verilən məlumata görə, mayın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 16-20°, gündüz 26-31°, Bakıda gecə 18-20°, gündüz 28-30° isti olacaqdır.
Azərbaycan rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 13-18°, gündüz 28-33° isti olacağı gözlənilir.