Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Həkim: “Zəhərlənən şagirdlərdən üçünün vəziyyəti ağır idi”
“Üç xəstənin vəziyyəti ağır idi, reanimasiyaya yerləşdirilmişdi”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Sabunçu Tibb Mərkəzi 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Məftunə Osmanlı deyib.
Onun sözlərinə görə, 24 oktyabr tarixində müxtəlif saatlarda Binə qəsəbəsindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Təcili Tibbi Yardıma çağırışlar daxil olub:
“Xəstələrin hər biri müxtəlif vaxtlarda xəstəxanaya gətirilib. Vəziyyətləri çox ağır idi. Üç xəstə reanimasiyaya yerləşdirilmişdi. Hazırda hər birinin vəziyyəti stabildir. Müsbət dinamikadır. Müşahidə altındadırlar. Müalicə prosesi davam edir. Qəbul olunan 22 xəstədən birinin valideyni gecə imtina edib, evə apardı. Bir xəstə də valideyn tərəfindən xəstəxanaya gətirilib. Ambulator müalicə olunaraq evə buraxılıb. Xəstələrin vəziyyəti yaxşıdır”.
Nəzrin Vahid
Rəylər