"Mənzil təminatı və şəhərsalma inkişafın əsas istiqamətlərindəndir və bu sahələrdə islahata böyük ehtiyac var".
Bunu Oxu.Az-a açıqlamasında Yəmənin Yenidən Qurulması və İnkişafı üzrə Səudiyyə Proqramının baş direktorunun köməkçisi Həsən Alattas deyib.
O bildirib ki, Azərbaycan çox gözəl ölkədir:
"İnsanlar olduqca qonaqpərvərdirlər. Forum mükəmməl şəkildə təşkil olunub. Bu forum çərçivəsində müxtəlif ölkələrdən olan ekspertlər bir araya gələrək mövcud problemləri, qarşıda duran çağırışları və onların həlli yollarını müzakirə edirlər. Əminəm ki, forumun sonunda insanların həyatını asanlaşdıracaq və hər bir ölkə ilə icmanın ehtiyaclarına uyğun mənzil modellərinin hazırlanmasına töhfə verəcək faydalı həllər ortaya qoyulacaq".