Abşeron rayonunda evdən və marketdən oğurluq etmək istəyən şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən Xaliq İbrahimova məxsus texniki vasitələrlə qorunan bağ evindən daxil olan həyəcan siqnalı nəticəsində əraziyə gələn polislər mənzilin pəncərəsinin açıq olduğunu və bir nəfərin evin hasarından aşaraq qaçdığını görüblər. Hadisəni törətməkdə şübhəli bilinən şəxs təqib edilib və saxlanılıb.
Araşdırma zamanı həmin şəxsin Bərdə rayon sakini Qulu Əhmədov olduğu məlum olub.
Xırdalan şəhərində yerləşən xüsusi vasitələrlə qorunan “Fresco” marketdə də oğurluğa cəhd hadisəsi baş verib. Yoxlama zamanı Bakı şəhər sakini Ağamövsüm Cavadov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.