Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hövsanda avtobusla toqquşan avtomobil AŞDI - Xəsarət alanın vəziyyəti AÇIQLANDI
Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan bir nəfərə yerində təcili tibbi yardım göstərilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Mayın 19-u Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 23 yaşlı (kişi cinsli) şəxsə yerində tibbi xidmət göstərilib və hospitalizasiyadan imtinası qeydə alınıb", - məlumatda qeyd olunub.
Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsinin baş vermə səbəbi açıqlanıb.
Bu barədə Oxu.Az-a "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.
O bildirib ki, hadisənin baş verməsinə səbəb avtobusun qarşısına qəfil minik avtomobilinin çıxması olub:
"Mayın 19-u saat 6:40-da "BakuBus" MMC-nin istismarında olan 120 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 99-JO-206 dövlət nömrə nişanlı avtobusda Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Avtobusun sürücüsü Kamal Kərimovun verdiyi ilkin məlumata əsasən, hadisə zamanı baş yol ilə hərəkətdə olarkən qarşısına qəfil minik avtomobili çıxıb və nəticədə toqquşma baş verib. Qəza baş verdiyi zaman avtobusda sərnişin olmayıb.
Hadisədə iştirak edən digər nəqliyyat vasitəsi 77-CM-508 dövlət nömrə nişanlı minik avtomobilində sərnişin olub, lakin xəsarət alan qeydə alınmayıb.
Avtobusun sürücüsü qol nahiyəsindən yüngül bədən xəsarəti alıb.
Baş verən hadisə barəsində aidiyyəti dövlət qurumlarına dərhal məlumat verilib.
Hazırda faktla bağlı araşdırma aparılır".
Aygün Mirakif
Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Baku.ws-ə istinadla xəbər verir ki, "BakuBus"a məxsus sərnişin avtobusu ilə "Toyota" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində "Toyota" markalı avtomobil aşıb. Qəza zamanı avtobusa da ziyan dəyib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında bildirib ki, yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Hadisənin görüntülərini təqdim edirik:
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Göyçayda ağır QƏZA: Xəsarət alan şəxslərin vəziyyəti AÇIQLANDI
- Cəlilabadda avtomobil AŞIB: Xəsarət alanların son vəziyyəti açıqlandı
- Qubada iki bacının həlak olduğu avtoqəzada xəsarət alanların SON VƏZİYYƏTİ AÇIQLANDI
- Qubada ağır qəzada iki bacı həlak oldu - TƏFƏRRÜAT
- Hacıqabulda yük maşını aşdı: Türkmənistan vətəndaşı həyatını itirdi