“Artıq bir sıra tədbirlər qadağan olur”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
O qeyd edib ki, kafelərlə bağlı xüsusi təlimatlar hazırlanacaq:
“Bununla Qida Təhlükəsizliyi Agentliyi qısa zamanda məşğul olacaq”.
İ.Məmmədov əlavə edib ki, ölkədə xüsusi rejimə əməl etməyənlərlə bağlı tədbirlər görüləcək:
“Bu rejimin olması o demək deyil ki, Azərbaycanda vəziyyət gərgindir. Sadəcə qabaqlayıcı tədbirdir ki, başqa ölkələrdəki kimi hal almasın. Koronavirus pandemiya elan edilsə də, Azərbaycanda koronavirus pandemiya vəziyyətində deyil.
Bəzi saytlar ajiotaj yaradır. Buna qarşı da hüquq-mühafizə orqanları tədbirlər görəcəklər”.
İbrahim Məmmədov: “Ajiotaj yaradanlara qarşı hüquq-mühafizə orqanları tədbirlər görəcək” - VİDEO
İlhamə Əbülfət
Rəylər