“Koronavirus aşkarlanan xəstələrin vəziyyəti yaxşılaşmağa doğru gedir”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
O qeyd edib ki, 1938-ci il təvəllüdlü xəstənin vəziyyəti ağır stabil olaraq qalır:
“Onun müalicəsi üçün tədbirlər davam etdirilir”.
Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva isə bildirib ki, bu gün dörd nəfərdə koronavirus xəstəliyi aşkar edilib:
“Hazırda Azərbaycanda koronavirus pandemiyasına (COVID-19) yoluxanların sayı 19 nəfərdir”.
İlhamə Əbülfət
Rəylər