Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İcbari tibbi sığorta haqları maaşımızdan necə tutulacaq? - Hesablama qaydası
Vətəndaşların icbari tibbi sığorta haqqlarını hesablaması üçün kalkulyator sistemi hazırlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) icbari tibbi sığorta haqlarının hesablanması qaydası ilə bağlı məlumatında qeyd olunub.
Qurumun rəsmi saytında bununla bağlı kalkulyator yerləşdirilib.
Həmin kalkulyatordan istifadə etməklə vətəndaşlar əməkhaqqından və ya gəlirdən tutulan icbari tibbi sığorta haqlarının məbləğini hesablaya biləcəklər.
Kalkulyator vasitəsilə işçilər, işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və mülki-hüquqi müqavilələr əsasında işlər (xidmətlər) yerinə yetirən şəxslər icbari tibbi sığorta fonduna ediləcək aylıq ödənişin məbləğini müəyyən edə bilərlər.
Könül Cəfərli
"Tibbi sığorta" teqi üzrə xəbərlər
- Əhaliyə ödənişsiz əsaslarla göstərilən tibbi xidmətlərin sayı açıqlandı
- Parlament üç qanunda dəyişikliyi III oxunuşda qəbul edib
- Milli Məclis "Tibbi sığorta haqqında" qanuna təklif olunan dəyişikliyi üçüncü oxunuşda təsdiqləyib
- Bölgələrin özəl klinikalarında icbari tibbi sığorta niyə tətbiq edilmir?
- Aztəminatlı ailələr, imkanı olmayan şəxslərin NƏZƏRİNƏ: Yeni qanunla dərmanları pulsuz alacaqsınız
Rəylər