"İçərişəhər" ərazisində qeydə alınan məsuliyyətsiz sürücülük davranışı ilə bağlı araşdırma aparılır".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilib.
"Həmin avtomobillə bağlı araşdırma aparılır. Sürücü ilə bağlı məsuliyyət tədbiri görüləcək", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Sosial şəbəkələrdə yayılan, "İçərişəhər" ərazisində qeydə alınan məsuliyyətsiz sürücülük davranışı ilə bağlı görüntülər dərhal "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzarətinə götürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.
Bildirilib ki, ictimai narahatlıq doğuran bu məsələ ilə bağlı operativ reaksiya göstərilib, hadisənin bütün detalları araşdırılıb və qeyd olunan sürücünün İçərişəhər ərazisinə girişinə qadağa qoyulub:
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi olaraq bildirmək istəyirik ki, ərazidə piyadaların, xüsusən də uşaqların təhlükəsizliyi bizim üçün prioritet məsələdir. Qoruq ərazisində təhlükəsizlik qaydalarına əməl etməyən, ictimai qaydanı pozan və mədəni davranış sərgiləməyən heç bir şəxsə güzəşt edilməyəcək.
Vətəndaşlarımızdan xahiş edirik ki, bu cür hallarla rastlaşdıqda aidiyyəti qurumlara və ya rəsmi səhifələrimizə məlumat versinlər".
