Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin 30 günlük atəşkəs təklifinə münasibət bildirib.
Oxu.Az bu barədə "RİA Novosti" agentliyinə istinadən mətbuat yayıb.
"Əgər belə uzunmüddətli atəşkəsdən danışırıqsa, o zaman Vladimir Putinin Kremldə danışdığı nüanslar vacibdir", - deyə o bildirib.
Xatırladaq ki, aprelin 28-də məlum olub ki, Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya müharibəsində əldə edilmiş qələbənin 80 illiyi münasibətilə mayın 8-nə keçən gecədən 11-i gecə yarısına qədər atəşkəs elan edib. Buna cavab olaraq Vladimir Zelenski ən azı 30 günlük atəşkəs təklif edib.