Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İçərişəhərdə Reza Deqatinin "Xocalı - yaralı ruhlar" adlı sərgisi açılıb
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tərəfindən Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.
Oxu.Az xəbər verir ki, tədbir "İçərişəhər" DTMQİ-nin rəhbərliyi və kollektivinin, mədəniyyət və ictimai xadimlərin, həmçinin İçərişəhərin ağsaqqallarının və sakinlərinin iştirakı ilə Bakı Fotoqrafiya Evində keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş şəhidlərin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılışında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Sosial Xidmətlər Agentliyinin sədrinin müşaviri Məftunə İsmayılova, fotoqraf Reza Deqati, "İçərişəhər" Ağsaqqallar Şurasının sədri Əliheydər Dadaşov çıxış edərək, Ermənistan silahlı birləşmələri tərəfindən Xocalıda mülki əhaliyə qarşı törədilən soyqırımın təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bir cinayət olduğunu vurğulayıblar.
Çıxışlar zamanı 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi, şanlı ordumuzun şücaəti və xalqımızın birliyi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə üçrəngli bayrağımızın Qarabağda dalğalanması, bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanlarının yerdə qalmadığının bariz nümunəsi olduğu, həmçinin Xocalının yenidən dirçəldiləcəyi və ədalət uğrunda mübarizənin rəmzi olduğu qeyd edilib.
Tədbirin bədii hissəsində şəhidlərə həsr edilmiş elegiya dinlənilib, eşitmə və nitq məhdudiyyəti olan gənclər tərəfindən jest dilində "O qanlı gecə" şeiri səsləndirilib. Daha sonra iştirakçılar "Xocalı - yaralı ruhlar" sərgisi ilə tanış olublar.
Sərgi 28 fevral 2025-ci il tarixinədək Bakı Fotoqrafiya Evində ziyarətçilər üçün açıq olacaq. Giriş sərbəstdir.
"Xocalı soyqırımı" teqi üzrə xəbərlər
- Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
- Xocalı faciəsinin canlı şahidi hər şeyi danışdı: "Səhərə qədər atışma getdi"
- Milli Məclis Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı müraciətlər ünvanlayıb
- İllər sonra öz xilaskarı ilə görüşən Xocalı sakini: "Bir gecədə cəhənnəmi yaşadıq"
- Xocalı sakini: "Yoldaşım və altı əmisi oğlu əsir düşdü, indiyə qədər xəbər yoxdur"