Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

“İçərişəhər”in administrasiyası Qala divarının sökülməsi xəbərindən danışdı – FOTO + YENİLƏNİB
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Qala divarlarına aid tikintinin aparılması barədə yayılmış məlumat və fotoşəkillərə münasibət bildirib.
İdarədən Oxu.Az-a verilən məlumata görə, İçərişəhər ərazisində olan digər abidələrdə bərpa və konservasiya işlərinin həyata keçirilməsi davam etdirilir.
“Hazırda İçərişəhərin ölkə əhəmiyyətli abidəsi olan Qoşa Qala qapısının portalı üzərində, eləcə də Qala divarlarının sağ və sol istiqamətlərində bərpa-gücləndirmə işləri aparılmaqdadır.
Bununla yanaşı, sözügedən ərazidə və Qala divarlarına heç bir zərər yetirmədən qoruq ərazisində yerləşən abidələr, muzeylər və digər obyektlər barədə çoxsaylı ziyarətçilərlə turistlərə daha da keyfiyyətli və geniş çeşiddə xidmətlərin göstərilməsi (muzey biletlərinin, xəritələrin, turların, suvenirlərin, çap məhsullarının və s. satışı) və qonaqlara məlumatların verilməsi məqsədilə geniş Turist Məlumat Mərkəzinin yaradılması nəzərdə tutulub.
Bu tip məlumat məntəqələrinin quraşdırılması müasir beynəlxalq təcrübəyə uyğun olaraq, irimiqyaslı tədbirlərin təşkili sahəsində zəngin təcrübə toplamış ölkəmizin bu il ev sahibliyi edəcəyi iki böyük idman yarışı - 12-22 may tarixlərində keçiriləcək Bakı 2017 İslam Həmrəyliyi Oyunları və “Formula-1” üzrə dünya çempionatının növbəti mərhələsi – Azərbaycan Qran-Prisi yarışları zamanı minlərlə yarış iştirakçısı, idman mütəxəssisi, qonaqlarla yanaşı bu oyunları izləmək, həm də istirahət etmək üçün ölkəmizə gələcək yüz minlərlə turistin vaxtlarının səmərəli keçirməsi və Azərbaycanın, o cümlədən İçərişəhərin gözəlliyini bütün dünyaya nümayiş etdirmək baxımından artıq dərəcədə önəmlidir. KİV nümayəndələrindən yoxlanılmamış, qeyri-peşəkarlar tərəfindən şəxsi məqsədlərlə yayımlanan və həqiqətə uyğun olmayan məlumatların paylaşmamasını xahiş edirik”, - deyə idarədən bildirilib.
18.04.2017 (15:16)
“İçərişəhər”də bir qrup şəxs tərəfindən həyata keçirilən inşaat işlərinə görə Qala divarının bir hissəsinin sökülməsinə dair məlumat aprelin 18-də Azərbaycan sosial şəbəkə istifadəçilərinin müzakirəsinə səbəb olub.
Bu məlumatı yayan şəxslər, həmçinin divarın yanında tikinti işlərinin getdiyini təsdiqləyən foto da paylaşıblar.
Oxu.Az xəbər verir ki, bu ittihamları şərh edən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu informasiyanın həqiqətəuyğun olmadığını bildirib.
“Şamaxı darvazalarından yuxarı (Qoşa Qala qapısı) turistlərin və s. məlumat alması üçün infopointin inşaatı aparılır. O, Qala divarı ilə təmas etməyəcək. Tikilini “İçərişəhər” administrasiyasının özü inşa edir və işlər ciddi nəzarət altında aparılır”, - idarədən vurğulayıblar.
A.M.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Qarlı Bakı küçələrində səhər yelinin aydınlığı - Paytaxtda qış mənzərəsi
- Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti çətinləşib
- Bakıda spirt kabusu davam edir: "İçki düzəldib qəbul etmək həyata qəsd deməkdir"
- Bakının hansı küçələrində sıxlıq var? - 26.02.2025
- Manuela Traldi: "Azərbaycanın biznesə yanaşması beynəlxalq səviyyədə tanınmağa layiqdir"