2017-ci ilin birinci rübündə Bakıda mənzillərin orta qiyməti ikinci mənzil bazarında əvvəlki rüb ilə müqayisədə 2,3% (1 kvadratmetr üçün 1030 dollara qədər) ucuzlaşıb.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə “MBA Group” konsaltinq şirkətinin hesabatında deyilir.
Məlumata əsasən, ekonom-klass mənzillərin qiyməti ikinci mənzil bazarında 3% ucuzlaşıb (1 kvadratmetr üçün 818 dollara qədər), komfort və biznes klass üçün, əksinə, cüzi bahalaşıb.
Beləliklə, komfort-klass mənzillərin qiyməti 1 kvadratmetr üçün 1417 dollara (rüb ərzində 0,35% artıb), biznes-klass mənzillərin isə 1 kvadratmetr üçün 2231 dollara çatıb (rüb ərzində 1,38% artıb).
Cəmi yanvar-mart aylarında 7,39 min mənzil satışa qoyulub və bu, 2016-ci ilin dördüncü rübündən 4,41% azdır. Satışa çıxarılan mənzillərin sayının azalmasına baxmayaraq, onların alqı-satqısı üzrə əqdlərinin həcmi rüb ərzində cüzi artıb (2,45%, 2534 əqdə qədər).
İkinci bazarda təklif olunan mənzillərin çoxu (30,48%) üçotaqlı, sonra isə ikiotaqlı (29,49%), dördotaqlı (11,57%) və birotaqlıdır (14,3%). Beşotaqlı və daha çoxotaqlı mənzillərin payına 8,16% təkliflər düşür.
Bakının ikinci mənzil bazarında satışa çıxarılan mənzillərin, siniflər üzrə müqayisəli cədvəli (2017-ci ilin I rübü 2016-cı ilin IV rübü ilə müqayisədə)
| Mənzillərin sinifləri | Təkliflərin sayı | Dəyişikliklər (%) | İkinci bazarda pay (%) |
| Ekonom-klass | 5320 | +1,78 | 72 |
| Komfort-klass | 1551 | -0,76 | 21 |
| Biznes-klass | 519 | -1 | 7 |
| Cəmi | 7390 | -4,41 | 100 |
U.A.
www.oxu.az