Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirovun müvafiq sərəncamla İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aliyə Osmanovanı vəzifəsindən azad etdiyi iddia olunur.
Oxu.Az-ın sorğusuna cavab olaraq Oğuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən iddialar həqiqəti əks etdirmir, Aliyə Osmanova hazırda vəzifəsini icra edir.
Qeyd edək ki, A.Osmanova ötən ilin mayında bu vəzifəyə təyin olunub. O, bu təyinatdan əvvəl Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə tədris işləri üzrə direktor müavini, daha əvvəllər isə Oğuz şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində direktor, Oğuz şəhər H.Babayev adına 1 nömrəli tam orta məktəbində müəllim vəzifələrində çalışıb.

Məlik Məlikov