Ötən gecə baş verən zəlzələ nəticəsində Şamaxının kəndlərində 14 evdə, şəhərin özündə isə 17 evdə dağıntı baş verib.
Bunu Oxu.Az-a Şamaxı Rayon İcra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova bildirib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində kəndlər üzrə 14 evdə, şəhərdə isə 17 evdə dağıntı baş verib:
“Xəstəxananın təcili yardım şöbəsinə 19, terapiya şöbəsinə dörd, cərrahiyyə şöbəsinə isə üç müraciət daxil olub. Xəstələr müalicə alaraq evə buraxılıb, reanimasiya şöbəsində isə hazırda beş nəfər müalicə alır”.
Gülnisə Ələkbərova bildirib ki, ötən gecə yeraltı təkanlar nəticəsində rayona verilən elektrik enerjisində 40 dəqiqəyə yaxın fasilə yaranıb:
“Elektrik enerjisinin verilişi 00:10 radələrində bərpa olunub. Şəhərdə bəzi evlərin və istinad divarlarının uçması nəticəsində qaz xətlərində sızmalar yarandığından saat 00:00-dan etibarən “mavi yanacağ”ın verilişi dayandırılıb”.
İlhamə Əbülfət
Rəylər