Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nazirlik zəlzələ ilə bağlı məlumat yaydı
Fevralın 5-də İsmayıllı rayonu ərazisində yerli vaxtla saat 23:20 və 23:32-də iki yeraltı təkan (zəlzələ) baş verib.
Oxu.Az xəbər verir ki, ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərovun jurnalistlərə verdiyi məlumata görə, zəlzələnin maqnitudası 5.1, dərinliyi 10 km olub.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, onun episentri Basqal kəndindən 5 km şimal-qərbə təsadüf edib. Episentrdə zəlzələnin intensivliyi 6 bal qiymətləndirilib.
Bölgələrlə aparılmış operativ sorğunun nəticələrinə görə, zəlzələ Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.
Birinci təkan qısamüddətli, ikinci təkan isə nisbətən uzunmüddətli hiss edilib. İlkin məlumata görə, torpaq sürüşməsi ilə bağlı məlumatlar qeydə alınmayıb. Hazırda dəqiqləşdirmələr aparılır.
İlhamə Əbülfət
Rəylər