Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İcra hakimiyyətinin əməkdaşının ailəsi ilə birgə həlak olduğu qəzanın TƏFƏRRÜATI
Salyanda 4 nəfərin həyatını itirdiyi dəhşətli qəzanın bəzi detalları məlum olub.
Oxu.Az Baku TV-yə istinadən məlumat verir ki, avtomobildə olan Nərmin İsmayılova, onun 2 azyaşlı övladı və İsmayılovların qohumu olan sürücü Aqil Məmmədov hadisə yerində dünyasını dəyişiblər.
Elşən İsmayılov isə 3 yaşlı oğlu ilə sudan çıxa bilib.
"Elşən çox çalışıb, maşını üzüaşağı çevirməyə, ancaq alınmayıb. Maşının qapısını açıb uşağı qucağına alıb. Övladını qoyub kənara, sürücünü maşından çıxarıb. Görüb ki, artıq soyuqdur. Sonra digər oğlunu çıxarmağa çalışıb, nəfəs vermək istəyib, amma uşaq ayılmayıb. Qayıdıb övladı ilə həyat yoldaşını götürməyə, görüb ki, oturacağa yapışıb qalıblar", - E.İsmayılovun qohumu Vitali Abbasov deyib.
Ətraflı süjetdə:
"Salyan" teqi üzrə xəbərlər
- Salyanda dəhşətli qəzada xəsarət alan uşağın vəziyyəti açıqlandı
- Salyanda vəzifəli şəxsin də öldüyü dəhşətli qəzada xəsarət alanların SON DURUMU AÇIQLANDI
- Salyanda yük maşınının çəni partladı: Xəsarət alanlar var
- Salyanda azyaşlı qohumlarına qarşı əxlaqsız hərəkətlər edən meyxanaçıya HÖKM OXUNDU
- Salyanda ərini doğramaqda təqsirləndirilən qadın sərbəst buraxıldı, oğlu saxlanıldı
Rəylər