2021-ci il avqustun 18-də ölkə üzrə 401 ictimai iaşə obyektində 675 monitorinq keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktı aşkar olunub.
Aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular Bakı şəhəri, Yasamal, Nizami, Nəsimi, Səbail, Xətai rayonlarında və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ictimai iaşə müəssisələrində aşkar edilib.
