Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İdarə sədri: “İçərişəhərdə 1300 dən çox ailə yaşayır - bu özü də o tarixin qorunması deməkdir”
“İçərişəhərdə 1300 dən çox ailə yaşayır. Bu özü də o tarixin qorunması deməkdir”.
Oxu.Az xəbər verir ki, bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil etdiyi “Yaşanılabilən və dayanıqlı irs şəhərləri” (“Livable and Sustainable Heritage Cities”) mövzusunda beynəlxalq konfransda çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə deyib.
O bildirib ki, İçərişəhərdə çoxlu mədəniyyət tədbiri həyata keçirilir:
“Bu mədəni irsin daha çox insana çatdırılmasına kömək edir. Eyni zamanda da tarixi abidələrin, tarixin qorunma metodikasının digər qurumlarla birgə müzakirə edilərək daha da təkmilləşməsinə xidmət edir”.
Könül Cəfərli