Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə nəzarətsiz ərazidə avqustun 2-də batan 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, meyit suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, iki gün əvvəl FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub - 2009-cu il təvəllüdlü A.Həmidova xilas olunub, ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, onun qardaşı, 2014-cü il təvəllüdlü Əli Rafiq oğlu Həmidovun meyiti isə sahildə aşkar edilib, 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun axtarışları isə davam etdirilirdi...