Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda dənizdə (“Novxanı” sularda xilasetmə məntəqəsindən, təxminən, 500 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Novxanı” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.
Oxu.Az xəbər verir ki, əməliyyat saat 17:55-də başa çatıb.
Həmçinin, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda dənizdə (“Lökbatan” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Lökbatan” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 17:25-də başa çatıb.