Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İki qardaş dəhşətli qəzaya düşdü: Biri öldü
İsmayıllıda minik avtomobili yük maşınına çırpılıb, ölən və xəsarət alanlar var.
"Report"un məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
VAZ markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində, 2000-ci il təvəllüdlü Abuzər Azər oğlu Dəmirov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Onun qardaşı, 2005-ci il təvəllüdlü Nurlan Azər oğlu Dəmirov və 1989-cu il təvəllüdlü Müşfiq Rza oğlu Abbasov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
"İsmayıllı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar