Füzuli və Cəbrayıl rayonlarının işğal günü Bakıda gözəllik müsabiqəsi və konsert baş tutacaq.
Avqust ayının 23-də “Bakı Kristal Holl”da “Miss Globe İnternational 2014” Gözəllik Müsabiqəsi baş tutacaq.
Oxu.Az Editor.az-a istinadla xəbər verir ki, müsabiqədə 120 ölkədən 120 gözəllik kraliçası iştirak edəcək. Müsabiqədə eyni zamanda dünyaca tanınmış müğənnilər Demet Akalın, Gökhan Özen, İnna Opostoleanu, Kaan& Radio Killer, Lolita Milyavskaya, Asena Çakmak, Gürkan Uygunun iştirakı ilə böyük konsert proqramı baş tutacaq.
Müsabiqənin dəstəkçiləri arasında “Khazar İsland”, “Wagoon”, “Atlas Medical Center” kimi məşhur brendlər var. Müsabiqəni ATV telekanalı canlı yayımlayacaq.
Xatırladaq ki, avqustun 23-ü Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu gündür. Konsert təşkilatçıları və dəstəkçilərindən heç kimin bu qədər önəmli və kədərli tarixə diqqət etməməsi maraq və təəssüf doğurmaya bilməz…