Azərbaycanda “İkinci arvad” MMC şirkəti yaradılıb. Sözügedən MMC 10 avqust 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin adı cəmiyyətdə mirmənalı qarşılanmayıb.
Oxu.Az xəbər verir ki, bunun bağlı Baku TV sujet hazırlayıb.
Belə ki, şirkətin sahibi Pakistan vətəndaşı İmran Şehzad 15 ildən çoxdur ki, Azərbaycanda yaşayır. O, bu adı seçməkdə səbəbini açıqlayıb:
“Pakistanda “İkinci arvad” restoranı var. Yəni, bu, “əgər evdə yemək hazırlayacaq xanımınız yoxdursa gəlib bizim restorana qonaq ola bilərsiniz” deməkdir. Mən şirkətə bu adı seçməklə heç kəsi incitmək istəməzdim. Bütün Azərbaycan xalqından üzr istəyirəm”.
Daha ətraflı “Arzumun vaxtı”nda izləyə bilərsiniz: