Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Həlak olan DSX mayoru Tərtərdə dəfn edilib
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində iyunun 9-da ildırım vurması nəticəsində həlak olan hərbçisi, mayor Baxış Elşən oğlu Baxışlı ilə Tərtərdə keçirilən vida mərasimi başa çatıb.
"Report"un yerli bürosunun məlumatına görə, mayor Baxış Baxışlı Tərtər rayonunun İsmayılbəyli kənd qəbiristanlığında dəfn olunub.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində həlak olan mayoru Baxış Elşən oğlu Baxışlı ilə Tərtərdə vida mərasimi keçirilir.
APA xəbər verir ki, şəhid hərbçinin nəşi Tərtər rayonunun İsmayılbəyli kəndinə ailəsinin yaşadığı evə gətirilib. Burada hərbçi ilə vida mərasimi keçirilir.
Qeyd edək ki, iyunun 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində həlak olublar.
Faktla bağlı araşdırma aparılır.
Rəylər