Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İlham Əliyev və Mehriban Əliyevanın toy – FOTOLARI
Bu gün 50 illik yubileyini qeyd edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın toy fotoları yayılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Azərbaycanın hazırki prezidenti İlham Əliyevlə 1983-cü ildə ailə qurub. Cütlüyün üç övladı və üç nəvəsi var.
Mehriban Əliyeva 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Arif Paşayev fizika-riyaziyyat elmləri doktoru və Bakıdakı Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva görkəmli filoloq və ərəbşünas olub.
1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib
- Paytaxtın hansı küçələrində sıxlıq var? - 06.03.2025