Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İlin son Günəş tutulması baş verib
İlin son Günəş tutulması baş verib.
Oxu.Az xəbər verir ki, Günəş tutulması oktyabrın 2-si Bakı vaxtı ilə saat 19:42 başlayıb və oktyabrın 3-ü saat 01:47-də bitib.
Tutulmanın maksimumu oktyabrın 2-si saat 22:44:51-də olub. Tutulma hadisəsi bütövlükdə 6 saat 4 dəqiqə davam edib. Hadisə əsasən Sakit okeana düşsə də, ümumilikdə Cənubi Amerika, Şimali Amerikanın cənubu, Atlantik okeanı və Antarktidanı əhatə edib. Halqalı tutulmanı isə Çili və Argentinadan müşahidə etmək mümkün olub.
Qeyd edək ki, Ay Yerdən daha uzaq məsafədə olduqda, bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Ay Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq həlqə yaranır. Ona görə, bu zaman baş verən tutulma halqavari Günəş tutulması adlanır.
Bu gün 2024-cü ilin son Günəş tutulması başlayıb.
Oxu.Az xəbər verir ki, Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.
Günəş tutulması Bakı vaxtı ilə saat 19:42 başlayıb və saat 01:47-də bitəcək. Tutulmanın maksimumu saat 22:45-ə uyğun gəlir. Maksimal tutulma 7 dəqiqə 24 saniyə davam edəcək.
Bu tutulma halqalı Günəş tutulmasıdır. Halqalı tutulma Ay apogeydə (Yerdən maksimum uzaqlıqda) və yaxın nöqtələrdə olduğu zaman baş verir. Bu zaman Ay diskinin görünən ölçüsü kiçildiyi üçün Günəşi tam örtə bilmir və Ay diskinin kənarında nazik işıqlı halqa qalır.
Tutulma hadisəsi əsasən Sakit okeana düşsə də, ümumilikdə Cənubi Amerika, Şimali Amerikanın cənubu, Atlantik okeanı və Antarktidanı əhatə edir. Halqalı tutulmanı isə Çili və Argentinadan müşahidə etmək mümkündür.
Qeyd edək ki, tutulma hadisəsi Azərbaycandan müşahidə olunmur.
Rəylər