Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ermənistan müxalifəti xalqa müraciət etdi
Ermənistanda müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan ölkənin İctimai Televiziyası ilə canlı efirə çıxıb.
Oxu.Az xəbər verir ki, o, xalqa müraciət edərək, baş naziri Nikol Paşinyanın əleyhinə danışıb:
"Dövlət başçısı səs toplamaq üçün çoxlu vəd verdi. Vədlərindən dönərsə, əlini kəsəcəyi ilə hədələdi. Dəfələrlə soruşdum ki, bu əl haradadır? Mübarizəmiz nə olursa olsun, davam edəcək. Biz qalib gələcəyik", - deyə o bildirib.
Qalstyan fürsətdən istifadə edərək, əhalini bazar günü Respublika meydanına gəlməyə çağırıb.
İrəvanda etirazçılar İctimai telekanalın binasına yürüş ediblər.
Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, mitinqinin başa çatmasından sonra etirazçıların lideri arxiyepiskop Baqrat Qalstanyan dağılışmamağı və İctimai Televiziyaya yürüş etməyi təklif edib.
O, etirazçılar üçün öz mövqeyini səsləndirmək məqsədilə efir vaxtı tələb edib.
İrəvanın Respublika meydanında arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən naminə Tavuş" müxalifət hərəkatının mitinqi keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qalstanyan bir müddət əvvəl Ermənistan vətəndaşlarını İrəvandakı mitinqə çıxmağa və mübarizənin yeni mərhələsinə qoşulmağa çağırıb.
Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının artıq məyusluq, acizlik və müzakirə üçün vaxtı yoxdur.
Hərəkat lideri tərəfdarlarının Ermənistanın baş naziri Nikol Paşinyanın istefasına nail olacağına da əmin olduğunu bildirib.
"Baqrat Qalstanyan" teqi üzrə xəbərlər
- Ermənistanda Nikol Paşinyana qarşı cinayət işinin açılması tələb edilir
- Ermənistanda hakimiyyət əleyhinə aksiya: Konstitusiya Məhkəməsinin binasına doğru yürüş keçirilir
- Ermənistan müharibəyə sürüklənir: Diplomatların yerinə, hərbçilər danışa bilərlər
- Ermənistan müxalifəti yenidən mitinq keçirəcək
- Keşişdən iddia: "İrəvanda etirazlarda qəlpəli qumbaralardan istifadə olunub"