Buraxılış mtahanda səkkiz şagird bütün sualları düz cavablandırıb.
Oxu.Az xəbər verir ki, aprelin 12-də keçirilən 9-cu siniflərin buraxılış imtahanının nəticələri açıqlanıb. Ölkə üzrə cəmi 8 nəfər mümkün olan ən yüksək nəticəni - 300 balı toplayıb.
Maksimum bal toplayan şagirdlərdən bəzilərini təqdim edirik:
Aydan Gülalıyeva - Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey.

Nərgiz İsmayılzadə - Bakı şəhəri, 103 nömrəli tam orta məktəb.

Həsən Məhərrəmli - Bakı şəhəri, 102 nömrəli tam orta məktəb.

Südabə Novruzlu - Abşeron rayonu, Xırdalan şəhər 9 nömrəli tam orta məktəb.

Qeyd edək ki, imtahan iştirakçıları öz nəticələri ilə Dövlət İmtahan Mərkəzinin rəsmi saytı vasitəsilə tanış ola bilərlər.